...

Səudiyyə Ərəbistanının müdafiə naziri Vaşinqtona səfər edəcək

Dünya xəbərləri Materials 29 Oktyabr 2023 08:14 (UTC +04:00)
Səudiyyə Ərəbistanının müdafiə naziri Vaşinqtona səfər edəcək

Bakı. Trend:

Səudiyyə Ərəbistanı baş nazirinin birinci müavini və müdafiə naziri Xalid bin Salman Əl Səud oktyabrın 30-da Vaşinqtona səfər edəcək.

Trend-in məlumatına görə, bu barədə "Axios" mənbələrə istinadən bildirib.

Məlumata əsasən, nazir ABŞ administrasiyasının əsas rəsmiləri ilə məsləhətləşmələr aparacaq.

Bildirilib ki, krallığın müdafiə naziri Pentaqonun rəhbəri Lloyd Ostin, ABŞ dövlət katibi Entoni Blinken, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan və bir neçə senatorla görüşəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti