...

Ermənistan Arazdəyəndəki metallurgiya zavodunun başqa yerə köçürüləcəyini təsdiqlədi

Dünya xəbərləri Materials 31 Oktyabr 2023 14:56 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Arazdəyəndəki metallurgiya zavodu başqa yerə köçürüləcək.

Trend xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan parlamentdə jurnalistlərə deyib.

Zavodun yaxın əraziyə köçürüləcəyini deyən nazir köçürmə və tikinti prosesinin davam etdiyini qeyd edib.

Tikintinin özəl vəsaitlər hesabına aparıldığını deyən Kerobyan sonrakı addımları investorların müəyyənləşdirdiyini bildirib.

"Biz isə coğrafi mövqeyi və regional mühiti nəzərə alaraq onlar üçün maksimum dərəcədə yararlı olmağa çalışırıq", - o deyib.

Bundan başqa, erməni nazir investisyalar üçün əsas şərtin regionda sülhün olduğunu bildirib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti