...

Mark Zukerberq əməliyyat olunub

Dünya xəbərləri Materials 4 Noyabr 2023 04:31 (UTC +04:00)
Mark Zukerberq əməliyyat olunub

Bakı. Trend:

“Meta” korporasiyasının rəhbəri Mark Zukerberq məşq zamanı çarpaz bağlarını zədələyib. O, xəstəxanaya yerləşdirilib.

Trend-in məlumatına görə, Zukerberq xəstəxanadan fotosunu paylaşıb.

Zukerberq cümə günü “İnstaqram” səhifəsində yazıb: "Sparrinq zamanı çarpaz bağımı yırtdım və onu bərpa etmək üçün əməliyyatdan yenicə çıxdım”.

O, gələn ilin əvvəlində baş tutmalı olan MMA döyüşünün (Tesla və X sosial şəbəkəsinin sahibi İlon Maskla – red.) təxirə salınacağını əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti