...

CAR İsraildən diplomatlarını geri çağırdı

Dünya xəbərləri Materials 6 Noyabr 2023 17:27 (UTC +04:00)
CAR İsraildən diplomatlarını geri çağırdı
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Cənubi Afrika Respublikası (CAR) İsraildəki diplomatlarını məsləhətləşmələr üçün geri çağırıb.

Trend xəbər verir ki, bu barədə CAR Prezident Administrasiyasının başçısı Kumbudzo Ntşaveni nazirlər kabinetinin iclasının yekunlarına dair brifinqdə deyib.

"CAR hökuməti Təl-Əvivdəki bütün doplomatlarını məsləhətləşmələr üçün geri çağırıb", - məlumatda deyilir.

Məlumatda həmçinin, CAR hökumətinin Qəzza zolağında baş verənlərdən təəssüf hiss keçirdiyi qeyd olunur.

Xatırladaq ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.

İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti