Bakı. Trend:
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistana yola düşüb.
Trend xəbər verir ki, bu barədə Türkiyənin Prezident Administrasiyası məlumat yayıb.
Qeyd olunub ki, ölkə başçısı İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə Toplantısında iştirak edəcək.
Xatırladaq ki, noyabrın 8-9-da Özbəkistanın paytaxtı Daşkənddə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT)16-cı Zirvə Toplantısı keçiriləcək.