...

Nigeriyada sərnişin daşıyan qayıq batıb, 32 nəfər ölüb

Dünya xəbərləri Materials 14 Noyabr 2023 06:18 (UTC +04:00)
Nigeriyada sərnişin daşıyan qayıq batıb, 32 nəfər ölüb

Bakı. Trend:

Nigeriyanın Taraba əyalətində sərnişin daşıyan qayığın batması nəticəsində 32 nəfər həyatını itirib.

Trend-in məlumatına görə, “Daily Trust” qəzetinin məlumatına görə, həftə sonu Taraba əyalətinin Kərim Lamido bölgəsindəki Benue çayında 50-yə yaxın sərnişini daşıyan qayıq çevrilib. Hadisədə 20-si uşaq olmaqla 32 nəfər həyatını itirib, çoxlu sayda insan itkin düşüb.

Qeyd edək ki, oktyabrın 28-də Nigeriyanın Mayorenero bölgəsindəki balıq bazarından Taraba əyalətinə qayıdan 100-dən çox sərnişini daşıyan qayıq Benue çayında aşmışdı. Qəzadan sonra başladılan xilasetmə işləri zamanı 18 nəfərin cəsədi tapılsa da, qayıqda olan 70 nəfərin hələ də itkin düşdüyü bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti