...

İsveçdəki mühacirlər inteqrasiya kurslarından keçməli olacaqlar

Dünya xəbərləri Materials 16 Noyabr 2023 06:28 (UTC +04:00)

Bakı. Trend:

İsveçin hakim partiyaları ölkənin inteqrasiya siyasətində dəyişiklik edilməsi təklifi ilə çıxış ediblər.

Trend-in məlumatına görə, təklif olunan dəyişikliklər İsveçə yeni gələn bütün mühacirlərin yerli cəmiyyətin tamhüquqlu üzvü ola bilmək üçün İsveç dəyərləri ilə tanışlıq kurslarında iştirak etməsi ilə əlaqədardır.

Yaxın vaxtlarda hökumət gender bərabərliyi, qanunun aliliyi prinsipləri, ifadə azadlığı və uşaq hüquqları kimi məsələlərin tədris ediləcəyi kurslar barədə təklifləri işləyib hazırlamaq üçün komissiya təyin edəcək.

"Bu, sadəcə təklif yox, zəruri tələb olmalıdır. Biz siyasətçilərə insanların Milad və digər bayram tətillərini harada və necə qeyd etmələri, necə rəqs etmələri və ya yemək dəsti alətlərindən necə istifadə etmələri elə də maraqlı deyil. İnteqrasiya siyasətinə sosial, mədəni, iqtisadi, dil və demokratik inteqrasiya və uyğunlaşma məsələləri daxil edilməlidir”, - deyə inteqrasiya naziri Yohan Person bildirib.

Kursların bitirilməsinin dövlət tərəfindən verilən maliyyə kompensasiyasının alınması üçücn şərt kimi müəyyənləşdirilməsi nəzərdən keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti