...

Husilər tərəfindən ələ keçirilən yük gəmisi İsrailə məxsus deyil

Dünya xəbərləri Materials 19 Noyabr 2023 18:20 (UTC +04:00)
Husilər tərəfindən ələ keçirilən yük gəmisi İsrailə məxsus deyil

Bakı. Trend:

Husilər tərəfindən Ədən körfəzində ələ keçirilən "Galaxy Leader" yük gəmisi İsrailə məxsus deyil və onun heyətində İsrail vətəndaşları yoxdur.

Trend-in məlumatına görə, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti bildirib.

"Qırmızı dənizin cənubunda Yəmən yaxınlığında husilər tərəfindən yük gəmisinin ələ keçirilməsi çox ciddi qlobal hadisədir. Bu, Türkiyəni tərk edən və İsraillilər olmadan beynəlxalq mülki heyətlə Hindistana gedən gəmidir. Bu İsrail gəmisi deyil", - deyə qeyd olunub.

Qeyd edək ki, bundan əvvəl Yəmənin "Ənsar Allah" (husilər) üsyançı hərəkatı Ədən körfəzi sularında İsrailin "Galaxy Leader" yük gəmisinin ələ keçirildiyi barədə məlumat yayılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti