Bakı. Trend:
ABŞ-nin dövlət katibi Entoni Blinken İsrailin baş naziri Benyamin Netanyahu və prezidenti İshak Hersoqla görüşüb.
Trend İsrail KİV-ə istinadən xəbər verir ki, görüşdə girovların Qəzza zolağındakı vəziyyət, girovların sərbəst buraxılması və digər aktual məsələlər müzakirə olunub.
Qeyd edək ki, Blinken bir qədər əvvəl də Təl-Əvivdə İsrail prezidenti İshak Hersoqla görüşüb.