...

Türkiyə hərbçiləri daha iki il Liviyada qalacaq

Dünya xəbərləri Materials 30 Noyabr 2023 19:46 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə hərbçiləri daha iki il Liviyada qalacaq.

Trend TRT-yə istinadən xəbər verir ki, bununla bağlı qanun layihəsi Türkiyə Böyük Millət Məclisində qəbul edilib.

Bildirilib ki, TBMM-də prezident Rəcəb Tayyib Ərdoğanın imzası ilə təqdim edilən təkliflə bağlı müzakirələr aparılıb. Sənəddə Türkiyənin öz milli maraqlarına təhdidlərə qarşı beynəlxalq hüquq çərçivəsində bütün lazımi tədbirləri görməyə borclu olduğu vurğulanıb.

Memorandumda Liviyada qeyri-qanuni silahlı birləşmələrin və terror təşkilatlarının olduğu xatırladılıb.

Kütləvi miqrasiya və terror kimi mümkün risklərə qarşı milli təhlükəsizliyin təmin edilməsi üçün Türkiyə ordusunun bölgədə olmasının zəruri olduğu vurğulanıb.

Müzakirələrin sonunda səsvermə keçirilib və sənəd qəbul edilib. Belə ki, Türkiyə hərbçilərinin Liviyadakı xidmət müddəti 2 yanvar 2024-cü il tarixindən etibarən daha 24 ay uzadılıb.

Xəbər lenti

Xəbər lenti