...

Pakistanın şimalında silahlı hücum nəticəsində 11 nəfər ölüb

Dünya xəbərləri Materials 3 Dekabr 2023 09:14 (UTC +04:00)
Pakistanın şimalında silahlı hücum nəticəsində 11 nəfər ölüb

Bakı. Trend:

Pakistanın -Baltistan bölgəsində sərnişin avtobusuna silahlı hücum nəticəsində azı 11 nəfər ölüb, 25 nəfər yaralanıb.

Trend-in məlumatına görə, bu barədə "Dawn" qəzeti xəbər verib.

Diamer dairə rəhbərinin müavini Arif Əhmədin sözlərinə görə, hadisə dekabrın 2-də Çilas şəhəri yaxınlığında baş verib. Naməlum şəxslərin əks istiqamətdə hərəkət edən sərnişin avtobusu və yük maşınına atəş açması iki avtomobilin toqquşmasına səbəb olub.

Avtobusu müşayiət edən Pakistan ordusunun əsgərləri də atəşə tutulub. Ölənlər arasında 9 mülki şəxs də var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti