Bakı. Trend:
2023-cü ilin yanvar-noyabr aylarında Türkiyənin müdafiə sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 30,1 faiz artaraq, 4,8 milyard dollara bərabər olub.
Trend-in TurkicWorld-ə istinadən məlumatına görə, bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“Bu ilin noyabr ayında Türkiyə 484,9 milyon dollar məbləğində müdafiə sənayesi məhsulları ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 3,6 faiz azdır”, – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (noyabr 2022-noyabr 2023) Türkiyə 5,5 milyard dollar məbləğində müdafiə sənayesi məhsulları ixrac edib.