Bakı. Trend:
Türkiyənin Bişkekdəki səfirliyinin yaxınlığında minik avtomobili partlayıb.
Trend xəbər verir ki, bu barədə Qırğızıstanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Yanğınsöndürənlər gələnə qədər hadisənin şahidləri maşındakı yanğını söndürüblər. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Qırğızıstanın Daxili İşlər Nazirliyi hadiəsinin terror aktı olmadığını və səfirliklə heç bir əlaqəsi olmadığını açıqlayıb.