...

Andaman dənizində Tailand hərbçiləri batmış gəmidən 73 nəfərin xilas edib

Dünya xəbərləri Materials 24 Dekabr 2023 23:21 (UTC +04:00)
Andaman dənizində Tailand hərbçiləri batmış gəmidən 73 nəfərin xilas edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Tailand hərbçiləri Andaman dənizindəki "Bu-Bu" adası yaxınlığında batan sürətli qayıqdan 73 nəfəri xilas edib.

Trend xəbər verir ki, bu barədə Tailandın Milli Xəbərlər Bürosu məlumat yayıb.

Onun sözlərinə görə, yüksək dalğalar gəminin çevrilməsinə səbəb olub və nəticədə gövdədə dəlik yaranıb. Tailand Hərbi Dəniz Qüvvələrinin 491-ci Xüsusi Təyinatlı Eskadrilyasının üzvləri sürətlə qəza yerinə gəlib və sərnişinləri götürüblər. Hadisə nəticəsində 15-ə yaxın sərnişin yüngül bədən xəsarətləri alıb, onlara yaxınlıqdakı tibb müəssisəsində tibbi yardım göstərilib.

Qayıq Phuket və Lanta adalarına aparılan sərnişinləri təxliyə etdikdən dərhal sonra batıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti