Bakı. Trend:
Türkiyə terrorla mübarizəsini ölkə sərhədləri daxilində və xaricində qətiyyətlə davam etdirir.
Trend xəbər verir ki, son əməliyyatlarla bağlı Türkiyənin Milli Müdafiə Nazirliyi açıqlama yayıb.
Bildirilir ki, dekabrın 23-də Türkiyənin təhlükəsizlik qüvvələri tərəfindən İraq və Suriyanın şimalında terror qruplaşmalarına qarşı hava hərəkatı davam etdirilib. İlkin məlumata görə, əməliyyatın gedişində azı 26 terrorçu zərərsizləşdirilib.