Bakı. Trend:
İran prezidenti İbrahim Rəisi Türkiyəyə səfər edə bilər.
Trend xəbər verir ki, bu barədə Türkiyə KİV yazır.
Bir dəyişiklik olmazsa, səfər yanvarın 4-də baş tutacağı deyilir.
Məlumata görə, səfər çərçivəsində əsas müzakirə mövzularından birini terrorizmlə mübarizə təşkil edəcək.
Qeyd edək ki, noyabrın 28-də İran prezidentinin Türkiyəyə səfəri planlaşdırılsa da, baş tutmayıb. İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian səfərin BMT Təhlükəsizlik Şurasının Qəzza zolağındakı vəziyyətlə bağlı iclası səbəbindən təxirə salındığını bildirib.