...

Blinken Ukraynaya 250 milyon dollarlıq hərbi yardımı təsdiqləyib

Dünya xəbərləri Materials 28 Dekabr 2023 01:18 (UTC +04:00)
Blinken Ukraynaya 250 milyon dollarlıq hərbi yardımı təsdiqləyib

Bakı. Trend:

ABŞ administrasiyası Ukraynaya 250 milyon dollarlıq hərbi yardım paketi ayırıb. Bu, 2023-cü ildə sonuncu yardım paketidir.

Trend-in məlumatına görə, bu barədə ABŞ Dövlət katibi Antoni Blinkenin bəyanatında deyilir.

“Birləşmiş Ştatlar bu il Ukrayna üçün son silah və texnika paketini elan edir”, - deyə Blinken vurğulayıb.

Onun sözlərinə görə, paketə hava hücumundan müdafiə sistemləri üçün sursat və avadanlıqlar, MLRS üçün döyüş sursatları, 155 millimetr və 105 millimetr kalibrli artilleriya mərmiləri, tank əleyhinə silahlar daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti