...

Ermənistanda futbol akademiyasının divarı uçub - Ölən var

Dünya xəbərləri Materials 29 Dekabr 2023 18:59 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanda Şirak vilayətinin Gümrü şəhərində Futbol Akademiyasının divarı uçub, bir nəfər uçqunun altında qalıb.

Trend erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidməti məlumat yayıb.

Qeyd olunub ki, Futbol Akademiyasının arxa binasının uçqunu altında qalan şəxs həlak olub.

Xilasedicilər ərazini hasarlayıblar, həlak olan şəxsin cəsədi qalıqlar altından çıxarılıb.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti