...

Tokayev Qazaxıstanda prezident seçkilərində iştirak üçün referendum keçiriləcəyi fikrini təkzib edib

Dünya xəbərləri Materials 3 Yanvar 2024 12:05 (UTC +04:00)
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev 2026-cı ildə Konstitusiya ilə bağlı referendum keçiriləcəyi barədə mifi və prezident seçkilərində iştirak etmək niyyətini təkzib edib.

Trend Qazaxıstan KİV-ə istinadən xəbər verir ki, Tokayev bu barədə yerli nəşrlərdən birinə müsahibəsində deyib.

Onun sözlərinə görə, bu iddialar dezinformasiyadır və Konstitusiyada xüsusən təməl məsələlərlə bağlı əsassız dəyişikliklərin istisna olunduğunu qeyd edib.

O, birdəfəlik prezidentlik müddəti barədə müddəanın dəyişməz olaraq qaldığını və müstəqillik, vahidlik, ərazi bütövlüyü və dövlət idarəetmə forması barədə normalar kimi Konstitusiyanın mütləq elementi olduğunu vurğulayıb.

Qazaxıstan prezidenti birdəfəlik yeddi illik müddətin formalaşması ideyasını hələ 15 il bundan əvvəl qapalı müzakirələrdə irəli sürüb, lakin o zaman bu ideya dəstəklənməyib. Prezident seçildikdən sonra isə bütün "lehinə" və "əleyhinə" cəhətləri gözdən keçirərək, bunu praktikada necə tətbiq edə biləcəyini götür-qoy edib.

"2022-ci ildə superprezident səlahiyyətlərinin ləğvinə yönəlmiş bir sıra mühüm konstitusiya dəyişiklikləri həyata keçirilib. Elə həmin vaxt tərəfimdən birdəfəlik yeddi illik müddət ideyası irəli sürülüb. Bu təşəbbüs ümumxalq dəstəyi gördü. Bu, hər şeyi deyir", - Tokayev deyib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti