Bakı. Trend:
Meta şirkətinin rəhbəri təşkilatın açıq mənbəli ümumi təyinatlı süni intellekt (AGI) sistemi yaratmağa çalışacağını və onun şirkətdən kənar tərtibatçılar üçün əlçatan olacağını bildirib.
Trend xəbər verir ki, Mark Zukerberq “The Verge”ə müsahibəsində insan intellektini üstələyən süni intellekt üzərində işlədiyini açıqlayıb.
Zukerberqin fikrincə, sistem “mümkün qədər əlçatan” olmalıdır.
Tipik olaraq, AGI termini insanın intellekti və ya ondan artıq olan intellekt səviyyəsinə uyğun gələn bir sıra tapşırıqları yerinə yetirməyə qadir olan süni intellekt sisteminə aiddir. AGI-nin ortaya çıxması bütün dünyada belə bir sistemin və ya bir neçə belə sistemin birləşməsinin nəzarətdən çıxa və bəşəriyyət üçün təhlükəyə çevrilə biləcəyindən qorxan ekspertləri və siyasətçiləri təşvişə salıb.