...

Çexiya ABŞ-dan 24 “F-35” qırıcısı alacaq

Dünya xəbərləri Materials 22 Yanvar 2024 01:48 (UTC +04:00)
Çexiya ABŞ-dan 24 “F-35” qırıcısı alacaq

Bakı. Trend:

Çexiya martın sonuna kimi ABŞ-la 24 ədəd “F-35” qırıcısının alınmasına dair müqavilə bağlayacaq.

Trend-in məlumatına görə, bu barədə CTK xəbər agentliyi məlumat yayıb.

Qırıcı təyyarələrin alınması ilə bağlı qərar Çexiya hökuməti tərəfindən ötən ilin sentyabrında təsdiqlənib. Məlumata görə, müqavilənin ümumi dəyəri təxminən 6,5 milyard dollar təşkil edəcək. Bu, Çexiya ordusunun tarixində ən böyük maliyyə əməliyyatı olacaq.

Çexiya Hərbi Hava Qüvvələrində “F-35”lər İsveçdən icarəyə götürülmüş “JAS-39 Gripen” qırıcılarını əvəz etməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti