...

Rusiya Bankı dolların rəsmi məzənnəsini endirdi

Dünya xəbərləri Materials 22 Yanvar 2024 19:59 (UTC +04:00)
Rusiya Bankı dolların rəsmi məzənnəsini endirdi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya Mərkəzi Bankı yanvarın 23-nə dolların rəsmi məzənnəsini endirib.

Trend rus KİV-lərinə istinadən xəbər verir ki, bu barədə bankın saytında yer alan məlumatda qeyd edilib.

Amerika valyutasının məzənnəsi 87,97 rubl səviyyəsində müəyyən edilib. Müqayisə üçün 20-22 yanvar tarixlərində dolların rəsmi məzənnəsi 88,59 rubl təşkil edib.

Çərşənbə axşamı üçün avronun rəsmi məzənnəsi də aşağıya doğru dəyişdirilərək yanvarın 20-dən 22-dək olan dövr üçün 96,38 rubl əvəzinə 95,88 rubl təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti