...

Kanada HƏMAS ilə əlaqə şübhəsinə görə BMT Agentliyini maliyyələşdirməyi dayandırıb

Dünya xəbərləri Materials 27 Yanvar 2024 13:27 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Kanada BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) bəzi əməkdaşlarının HƏMAS ilə əlaqəsi olduğuna dair şübhələr səbindən agentliyi maliyyələşdirməyi dayandırıb.

Trend xəbər verir ki, bunu Kanadanın beynəlxalq inkişaf naziri Əhməd Hussen deyib.

Onun sözlərinə görə, Kanada hökuməti məsələ ilə bağlı ətraflı araşdırma aparıldığı müddətdə "UNRWA"nı maliyyələşdirməyi dayandırıb.

Nazir bildirib ki, Kanada hökuməti Qəzza zolağındakı humanitar vəziyyətlə bağlı əvvəlki kimi narahatdır və bölgəyə sürətli, davamlı və maneəsiz şəkildə humanita yardımın çatdırılmasına çağırır.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti