...

Türkiyənin "F-35" proqramına qayıtması imkanları müzakirə edilir - Ağ Ev

Dünya xəbərləri Materials 1 Fevral 2024 05:18 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Türkiyə ilə Amerikanın "F-35" qırıcılarının istehsalı proqramına qayıtması imkanını müzakirə edir. Ancaq bunun üçün Ankaranın Rusiyanın S-400 zenit-raket komplekslərindən imtina edilməsi şərti qoyulub.

Trend-in məlumatına görə, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlər üçün keçirilən brifinqdə deyib.

""F-35" proqramının S-300 və ya S-400 raketlərinin istifadəsi ilə Türkiyəyə uyğun olmadığına dair fikrimizi dəyişməmişik. Ona görə də biz bu müzakirələri davam etdiririk və Türkiyə bu məsələ ilə bağlı narahatlığımızı aradan qaldıra bilsə, F-35 proqramına doğru irəliləyişi bərpa oluna bilər", - dəy o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti