...

Ərdoğan Misirə rəsmi səfər edəcək

Dünya xəbərləri Materials 1 Fevral 2024 14:08 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 14 fevral tarixində Misirə rəsmi səfər edəcək.

Trend-in TurkicWorld-ə istinadən məlumatına görə, Ərdoğan səfər çərçivəsində Misir prezidenti Sisi ilə görüşəcək.

Qeyd edilib ki, Ərdoğan və Sisi 2013-cü ildən sonra pozulan ikitərəfli münasibətləri bərpa etmək və inkişaf etdirmək üçün görüşəcəklər.

Görüş zamanı Qəzzada fələstinlilərə humanitar yardımın çatdırılması və müharibənin dayandırılması müzakirə olunacaq.

Digər mühüm mövzu isə Şərqi Aralıq dənizi olacaq. Bildirilir ki, Ərdoğan ölkələr arasında ikitərəfli ticarətin dərinləşdirilməsinin əhəmiyyətindən danışacaq və Şərqi Aralıq dənizində enerji xətləri ilə bağlı dəniz yurisdiksiyasının sərhədləşdirilməsinə dair razılaşmanı müzakirəyə çıxaracaq.

Qeyd edək ki, Misir və Türkiyə münasibətləri bərpa etmək üçün təxminən iki ildir görüşür. Nümayəndə heyətləri vasitəsilə başlayan danışıqlar nəticəsində sonuncu dəfə xarici işlər nazirləri bir araya gəlib. Ərdoğan və Sisi Qətərin ev sahibliyi etdiyi G-20 Zirvəsi və Dünya Kubokunun açılış mərasimində görüşüb.

Məlumat üçün bildirək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğannın 2013-cü ildən bəri Misirə ilk səfəri olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti