...

Çilidə meşə yanğınları nəticəsində ölənlərin sayı 60 nəfəri ötüb

Dünya xəbərləri Materials 4 Fevral 2024 22:53 (UTC +04:00)
Çilidə meşə yanğınları nəticəsində ölənlərin sayı 60 nəfəri ötüb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Valparaisoda meşə yanğınları nəticəsində ölənlərin sayı 64 nəfərə çatıb.

Trend xəbər verir ki, bu barədə ölkə Prezidenti Qabriel Boriç məlumat verib.

O, Prezident Administrasiyasının X sosial şəbəkəsindəki səhifəsində yayımlanan mətbuat konfransında deyib: "Bu günə qədər təəssüf ki, 64 nəfərin öldüyünü təsdiq edə bilərəm. Biz bilirik ki, bu rəqəm xeyli artacaq".

Boriç, həmçinin fevralın 5-dən etibarən ölkədə iki günlük matəm elan edib.

Onun sözlərinə görə, təkcə Kilpe kommunasında yanğın nəticəsində 1,3 mindən çox ev yanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti