...

İsrail HƏMAS-ın Rəfahdakı birləşmələrini də məhv edəcəyini açıqlayıb

Dünya xəbərləri Materials 6 Fevral 2024 02:01 (UTC +04:00)
İsrail HƏMAS-ın Rəfahdakı birləşmələrini də məhv edəcəyini açıqlayıb

Bakı. Trend:

İsrail ordusu Misirlə sərhəddə yerləşən Rəfah şəhərində "HƏMAS" hərəkatının silahlı birləşmələrini məhv etmək niyyətindədir.

Trend-in məlumatına görə, bu barədə İsrailin müdafiə naziri Yoav Qallant mətbuat konfransında bildirib.

O, Qəzza zolağında quru əməliyyatının HƏMAS və onun liderlərinə anklavda saxlanılan israilli girovların geri qaytarılması üçün təzyiq göstərmək üçün düzgün yol olduğunu və bunun davam edəcəyini söyləyib. “Biz hələ döyüşmədiyimiz yerlərə də çatacağıq - Qəzza zolağının mərkəzinə və cənubuna, xüsusən də Rəfahda HƏMAS-ın son qalasına", - deyə nazir vurğulayıb.

Yoav Qallant qeyd edib ki, Fələstin silahlı qruplaşmaları üzvlərinin bir seçimi var - “təslim olmaq, ya da ölmək, onların başqa variantı yoxdur”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti