...

Şimali Koreya Yapon dənizinə doğru bir neçə qanadlı raket atıb

Dünya xəbərləri Materials 14 Fevral 2024 08:32 (UTC +04:00)
Şimali Koreya Yapon dənizinə doğru bir neçə qanadlı raket atıb

Bakı. Trend:

Şimali Koreya şərq sahillərindən Yapon dənizinə bir neçə qanadlı raket buraxıb.

Trend-in məlumatına görə, bu barədə “Yonhap” agentliyi Koreya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinə istinadla məlumat yayıb.

Raket buraxılışı saat 09:00 (Bakı vaxtı ilə saat 04:00) radələrində baş verib. Onların sayı dəqiqləşdirilməyib.

Cənubi Koreya tərəfi ayıq-sayıqlığı gücləndirdiyini və ABŞ-la əməkdaşlıq çərçivəsində Pxenyanın hərəkətlərinə nəzarət etdiyini qeyd edib.

Agentlik əlavə edib ki, bu, Şimali Koreyanın ilin əvvəlindən bəri beşinci qanadlı raket buraxılışıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti