Bakı. Trend:
Küveyt Dövlətinin əmiri Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabah ölkənin birpalatalı parlamentinin buraxılması barədə fərman verib.
Trend xəbər verir ki, bu barədə Küveytin "KUNA" dövlət agentliyi məlumat yayıb.
Fərmanın mətninə əsasən, parlamentin buraxılmasına səbəb "konstitusiya prinsiplərinin pozulması", eləcə də "təhqiramiz və yersiz ifadələrdən istifadə" olub.
Parlament üzvlərinin konstitusiya prinsiplərini necə pozduqları və kimin ünvanına təhqiramiz ifadələr işlətdikləri isə qeyd olunmayıb.