...

Beynəlxalq Atom Enerjisi Agentliyi İranın nüvə zənginləşdirmə fəaliyyətindən narahatdır

Dünya xəbərləri Materials 20 Fevral 2024 13:12 (UTC +04:00)
Beynəlxalq Atom Enerjisi Agentliyi İranın nüvə zənginləşdirmə fəaliyyətindən narahatdır
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

İran nüvə enerjisindən kommersiya istifadəsi üçün lazım olandan daha çox uran zənginləşdirməyə davam edir.

Trend xəbər verir ki, bu barədə BAEA-nın rəhbəri Rafael Qrossi deyib.

Qrossi gələn ay Tehrana səfər edəcəyini deyib.

Qrossi "Reuters" agentliyinə müsahibəsində bildirib ki, BMT-nin təzyiqinə baxmayaraq, İran yüksək sürətlə uran zənginləşdirməyə davam edir və ayda yeddi kiloqrama qədər 60% saflıqda uran zənginləşdirir.

Qeyd olunub ki, uranın 60 faizədək zənginləşdirilməsi silah istehsalı səviyyəsinə yaxındır və kommersiya istifadəsi üçün lazım olandan artıqdır.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti