Bakı. Trend:
Türkiyə 2024-cü ilin yanvar ayında Qırğızıstana sement ixracını 2023-cü ilin eyni dövrü ilə müqayisədə 88,2 faiz azaldaraq, 439,3 min dollara çatdırıb.
Trend-in TurkicWorld-ə istinadən xəbərinə görə, bu barədə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (yanvar 2024 - yanvar 2023) Türkiyə 4,6 milyon dollar məbləğində sement ixrac edib.
Qeyd edək ki, 2024-cü ilin yanvar ayında Türkiyənin dünya bazarlarına sement ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 9,7 faiz azalaraq, 325,3 min dollara bərabər olub.
2023-cü ilin yanvar-dekabr aylarında Türkiyənin sement ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 15,5 faiz azalaraq, 4,6 milyon dollara bərabər olub.