...

NATO Avropada ən böyük dəniz təlimlərinə başlayıb

Dünya xəbərləri Materials 26 Fevral 2024 11:35 (UTC +04:00)
NATO Avropada ən böyük dəniz təlimlərinə başlayıb
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

NATO fevralın 26-da Siciliya sahillərində "Dynamic Manta" adlı dəniz təlimlərinə başlayıb.

Trend xəbər verir ki, bu barədə NATO Dəniz Komandanlığı "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.

Məlumata görə, təlimlərdə Türkiyə, Kanada, Fransa, Almaniya, Yunanıstan, İtaliya, İspaniya, Böyük Britaniya və ABŞ hərbçiləri və gəmiləri iştirak edirlər.

İki həftə davam edəcək təlimlərdə NATO-ya üzv ölkələrin kollektiv müdafiə və regiondakı böhranlara reaksiya potensialı möhkəmləndiriləcək.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti