...

Kremlin Navalnının meyitinin təhvil verilməsi ilə bağlı qərarla əlaqəsi yoxdur - Peskov

Dünya xəbərləri Materials 26 Fevral 2024 16:35 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Kremlin Aleksey Navalnının meyitinin anasına təhvil verilməsi ilə bağlı qərarla əlaqəsi yoxdur.

Trend xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov mətbuat konfransında deyib.

O, Kremlin meyitin təhvil verilməsi ilə əlaqəli olmasına dair iddiaları cəfəng adlandırıb.

"Kremlin müvafiq olaraq bununla heç bir əlaqəsi yoxdur. Kreml heç bir təzyiq göstərə bilməz", - o deyib.

Navalnının meyitinin ölümündən yalnız doqquz gün sonra ailəsinə təhvil verilməsinə dair qərarın nə ilə bağlı olduğuna dair suala cavab olaraq Peskov bu məsələnin Kremlin ixtiyarında olmadığını deyib.

Xatırladaq ki, fevralın 16-da Aleksey Navalnı cəzaçəkmə müəssisəsində ölüb. Onun gəzintidən sonra özünü pis hiss edərək, demək olar ki, dərhal huşunu itirdiyi bildirilib. Müəssisənin tibb işçiləri dərhal hadisə yerinə gəlib, təcili tibbi yardım briqadası çağrılıb.

Zəruri bütün reanimasiya tədbirləri görülsə də, heç bir müsbət nəticə verməyib. Təcili tibbi yardım həkimləri məhkumun öldüyünü təsdiqləyib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti