...

ABŞ Qırmızı dənizə yönəldilən raketlərə zərbələr endirib

Dünya xəbərləri Materials 1 Mart 2024 06:21 (UTC +04:00)

Bakı. Trend:

Fevralın 29-da ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı Qırmızı dəniz istiqamətində atılmaq üçün hazırlanan altı raketə zərbələr endirib

Trend-in məlumatına görə, bu barədə Mərkəzi Komandanlığının "X" sosial şəbəkəsindəki paylaşımında bildirilib.

"Fevralın 29-da Səna vaxtı ilə saat 18:00-dan 19:15-dək ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) qüvvələri Qırmızı dənizə doğru atılmaq üçün hazırlanan altı mobil gəmi əleyhinə qanadlı raketə qarşı iki özünümüdafiə zərbəsi endirib", - deyə qeyd edilib.

Həmin gün axşam saatlarında CENTCOM qüvvələrinin özünümüdafiə məqsədi ilə Qırmızı dənizin cənubunda pilotsuz uçuş aparatını vurduğu bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti