...

Rusiyadan asılılıq strateji səhvdir - Armen Qriqoryan

Dünya xəbərləri Materials 2 Mart 2024 14:10 (UTC +04:00)
Rusiyadan asılılıq strateji səhvdir - Armen Qriqoryan
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanın Rusiyadan 1991-ci ildən davam edən güclü asılılığı strateji səhv olub.

Trend xəbər verir ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ermənistanın ictimai televiziyasının efirində deyib.

Onun sözlərinə görə, İrəvan 20 il ərzində, demək olar ki, bütün istiqamətlər üzrə - siyasət, iqtisadiyyat, elm və hərb sahəsində Moskvadan asılı olub.

"Lakin 2020-ci ildə görəndə ki, bu sistem işləmir, Ermənistan hakimiyyəti ölkənin təhlükəsizliyini təmin etmək məqsədilə alternativlərə malik olmaq üçün addımlar atdı. Yəni təhlükəsizlik sistemi həm ikitərəfli, həm də KTMT çərçivəsində çoxtərəfli əsasda işə yaramadığı üçün addımlar atıldı", - Qriqoryan deyib.

Qeyd edək ki, bir qədər əvvəl erməni KİV Ermənistanın Avropa İttifaqına (Aİ) üzvlüyə namizəd olmaq üçün müraciət edəcəyi barədə məlumat yayıb.

Məlumata görə, Ermənistanın baş naziri Nikol Paşinyan partiya üzvlərinə qərar qəbul etdiyini və yaxın günlərdə, maksimum ay ərzində ölkənin Aİ üzvlüyünə namizəd olmaq üçün müraciət edəcəyini bildirib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti