...

Yanvar-fevral aylarında Türkiyənin kimyəvi maddə ixracı 5 milyon dollara çatıb

Dünya xəbərləri Materials 4 Mart 2024 14:58 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə 2024-cü ilin yanvar-fevral aylarında kimyəvi maddə məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 8,8 faiz artıraraq, 5 milyon dollara çatdırıb.

Trend-in TurkicWorld-ə istinadən məlumatına görə, bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

"2024-cü ilin fevral ayında Türkiyənin dünya bazarlarına kimyəvi maddə məhsulları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 15,2 faiz artaraq, 2,6 milyon dollara bərabər olub", - deyə məlumatda qeyd edilib.

Qeyd olunub ki, son 12 ay ərzində (fevral 2024-fevral 2023) Türkiyə 30,9 milyard dollar məbləğində kimyəvi maddə məhsulları ixrac edib.

Xəbər lenti

Xəbər lenti