...

Yanvar-fevral aylarında Türkiyənin Qırğızıstana polad məhsulları ixracının həcmi açıqlanıb

Dünya xəbərləri Materials 6 Mart 2024 16:06 (UTC +04:00)
Yanvar-fevral aylarında Türkiyənin Qırğızıstana polad məhsulları ixracının həcmi açıqlanıb

Bakı. Trend:

2024-cü ilin yanvar-fevral aylarında Türkiyənin Qırğızıstana polad məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 58 faiz artaraq, 455,8 min dollara bərabər olub.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin fevral ayında Türkiyə Qırğızıstana 335,6 min dollar məbləğində polad məhsulları ixrac edib ki, bu da keçən ilin fevral ayı ilə müqayisədə 49,9 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-fevral aylarında Türkiyənin polad məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 15,8 faiz artaraq, 2,5 milyon dollara bərabər olub.

“Bu ilin fevral ayında Türkiyə 1,4 milyon dollar məbləğində polad məhsulları ixrac edib ki, bu da keçən ilin fevral ayı ilə müqayisədə 31,2 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (fevral 2023-fevral 2024) Türkiyə 15,2 milyard dollar məbləğində polad məhsulları ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti