Bakı. Trend:
İrəvan Zvartnots hava limanında rus sərhədçilərinin mövcudluğu ilə bağlı Moskvaya rəsmi məktub göndərib.
Trend erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan jurnalistlərə deyib.
Onun sözlərinə görə, Ermənistan hakimiyyətinin mövqeyi bundan ibarətdir ki, Zvartnots hava limanında erməni sərhədçiləri xidmət göstərməlidir.
"Ermənistan bunun üçün bütün imkanlara malikdir", - deyə
Qriqoryan əlavə edib.
Qeyd edək ki, bir qədər əvvəl Rusiya prezidentinin mətbuat katibi
Dmitri Peskov bildirib ki, Rusiya sərhədçilərinin Zvartnots hava
limanından çıxarılması ilə bağlı hər hansı qərar barədə məlumatlı
deyil.
"Zvartnots hava limanındakı sərhədçilərə gəlincə, bildiyimiz qədərilə bununla bağlı hər hansı qərar verilməyib. Rəsmi kanallarla da bizə bu qərarlar barədə bildirilməyib, biz həm MDB, həm də Avrasiya İqtisadi Birliyi strukturları çərçivəsində bütün istiqamətlərdə çalışırıq", - o deyib.
