Bakı. Trend:
Nigeriyanın cənub-şərqində silahlılar tərəfindən altısı polis olmaqla səkkiz nəfər öldürülüb.
Trend-in məlumatına görə, bu barədə "Channels" televiziya kanalı xəbər verib.
Məlumata əsasən, Ebonyi ştatında silahlı qrup polis nəzarət-buraxılış məntəqəsinə hücum edib. Hakimiyyət orqanları hökumət tərəfdən altı nəfərin öldüyünü bildirib.
Hücumda "Biafranın Yerli Xalqları" separatçı qruplaşmasının silahlıları şübhəli bilinir.