...

Aİ-nin Ermənistandakı missiyasının tərkibinə Türkiyədən müşahidəçi daxil ola bilər? - Ermənistan XİN-dən AÇIQLAMA

Dünya xəbərləri Materials 19 Mart 2024 17:36 (UTC +04:00)
Aİ-nin Ermənistandakı missiyasının tərkibinə Türkiyədən müşahidəçi daxil ola bilər? - Ermənistan XİN-dən AÇIQLAMA
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanın Xarici İşlər Nazirliyi Avropa İttifaqının (Aİ) ölkədəki missiyasının tərkibinə Türkiyədən müşahidəçinin daxil olma ehtimalına münasibət bildirib.

Trend bu barədə erməni KİV-ə istinadən xəbər verir.

Qeyd olunub ki, bununla bağlı sualı "Hayastan" blokundan deputat Qeqam Manukyan Ermənistan parlamentində səsləndirib.

Ermənistanın xarici işlər nazirinin müavini Mnatsakan Safaryan isə cavab olaraq bu barədə razılaşmanın siyasi dialoq zamanı əldə olunacağını bildirib.

"Missiyanın əməkdaşlarının sayı da siyasi dialoq zamanı razılaşdırılır", - deyə nazir müavini qeyd edib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti