...

Avropa İttifaqı sammitində yeni islahatlar müzakirə olunacaq

Dünya xəbərləri Materials 19 Mart 2024 21:55 (UTC +04:00)
Avropa İttifaqı sammitində yeni islahatlar müzakirə olunacaq

Bakı. Trend:

Martın 21-22-də keçiriləcək Avropa İttifaqı (Aİ) dövlət başçılarının sammitində yeni genişlənmə üçün zəruri olan Aİ islahatları müzakirə olunacaq.

Trend-in məlumatına görə, bu barədə Avropa Şurasının rəhbəri Şarl Mişel sammit iştirakçılarına dəvət məktubunda yazıb.

"Biz həm Aİ-nin, həm də gələcək üzv dövlətlərin genişlənməyə hazır olmasını təmin etmək üçün bu iki yolun paralel olaraq davam etdirilməli olduğunu başa düşərək, yeni genişlənmə və Aİ islahatlarına hazırlıqları nəzərdən keçirəcəyik", - deyə Ş.Mişel bildirib.

Mənbələrə görə, islahatların mahiyyəti Avropa Komissiyasının və digər Brüssel Aİ təsisatlarının səlahiyyətlərini genişləndirməkdən ibarətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti