Bakı. Trend:
Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində baş vermiş silahlı hücumda 40 nəfər ölüb, 100-dən çox yaralanan var.
Trend xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
XXX
21:36
Rusiyanın Moskva oblastının Krasnoqorsk şəhərində yerləşən “Crocus City Hall”da insanlara atəş açılıb.
Trend xəbər verir ki, şahidlərin sözlərinə görə, naməlum şəxs avtomatdan insanlara atəş açıb.
“Crocus City Hall”da baş verən atışma nəticəsində 50-yə yaxın insan yaralanıb, 15-dən çox insan həlak olub.
