...

Türkiyədə bələdiyyə seçkilərində səsvermə başlayıb

Dünya xəbərləri Materials 31 Mart 2024 08:21 (UTC +04:00)
Türkiyədə bələdiyyə seçkilərində səsvermə başlayıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyədə bələdiyyə seçkilərində səsvermə respublikanın cənub-şərqində başlayıb. Buarada seçki məntəqələri bir saat əvvəl, yerli vaxtla saat 07:00-da açılıb.

Trend-in məlumatına görə, ölkənin əsas hissəsində seçkilər saat 08:00-da başlayıb 17:00-da başa çatacaq.

Türkiyə Mərkəzi Seçki Komissiyasının qərarına əsasən, səsvermə cədvəlində dəyişikliklər Ramazan ayının özəllikləri nəzərə alınaraq edilib. Bu dəyişiklər 81 vilayətdən 32-nə aiddir.

Türkiyə Daxili İşlər Nazirliyi bildirib ki, seçkilərin təhlükəsizliyini 600 minə yaxın hüquq-mühafizə orqanı əməkdaşı, eləcə də könüllülər təmin edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti