...

İsrail BMT-yə Fələstinli Qaçqınlara Yardım Agentliyinin ləğvini təklif edib

Dünya xəbərləri Materials 1 Aprel 2024 03:02 (UTC +04:00)
İsrail BMT-yə Fələstinli Qaçqınlara Yardım Agentliyinin ləğvini təklif edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail BMT-yə Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinin (UNRWA) ləğvini və onun səlahiyyətlərinin başqa quruma verilməsini təklif edib.

Trend-in məlumatına görə, bu barədə "The Guardian" nəşri BMT-dəki mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, İsrailin təşəbbüsü UNRWA işçilərinin BMT-nin digər agentliklərindən birinə, məsələn, Ümumdünya Ərzaq Proqramına köçürülməsini nəzərdə tutur.

Nəşrin qeyd etdiyi kimi, BMT-nin humanitar işçiləri əmindirlər ki, yalnız UNRWA fələstinlilərin Qəzza zolağına ərzaq çatdırmaq üçün resurslarına və etibarına malikdir və agentliyin siyasi səbəblərə görə ləğv edilməsi cəhdi fəlakətli nəticələrə gətirib çıxaracaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti