...

Aktauda terror aktı planlaşdıran şəxs tutuldu

Dünya xəbərləri Materials 1 Aprel 2024 16:36 (UTC +04:00)
Madina Usmanova
Madina Usmanova
Bütün xəbərlər

Astana. Trend:

Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi (MTK) prokurorluq orqanlarının koordinasiyası ilə Aktau şəhərində terror aktının qarşısını alıb.

Trend xəbər verir ki, bu barədə Qazaxıstan MTK-nin mətbuat xidməti məlumat yayıb.

"2024-cü il aprelin 1-də Aktau şəhərində Milli Təhlükəsizlik Komitəsi tərəfindən prokurorluq orqanlarının koordinasiyası ilə terror aktının hazırlanmasında şübhəli bilinən yerli sakin saxlanılıb.

Onun yaşadığı yerdə axtarış zamanı partlayıcı qurğu hazırlamaq üçün komponentlər və digər maddi dəlillər götürülüb. Şübhəli şəxs radikal dini qruplaşmanın tərəfdarıdır, əvvəllər adam öldürməyə görə məhkum olunub", - deyə məlumatda deyilir.

Qeyd olunub ki, sözügedən şəxsə qarşı Qazaxıstan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 255-ci maddəsinin 1-ci bəndi üzrə məhkəməyəqədər araşdırma aparılır.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti