...

Tbilisidə yeni hava limanı tikiləcək

Dünya xəbərləri Materials 8 Aprel 2024 22:01 (UTC +04:00)
Tbilisidə yeni hava limanı tikiləcək

Bakı. Trend:

Gürcüstanın paytaxtı Tbilisi şəhərində yeni beynəlxalq hava limanı tikiləcək.

Trend xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.

Onun sözlərinə görə, mövcud hava limanının genişləndirilməsi 900 milyon dollara, yenisinin tikintisi isə 1.2 milyard dollara başa gələcək. Genişləndirmə gələcək inkişaf perspektivləri olmadan tutumunu maksimum 15 milyon sərnişinə, yeni hava limanı isə 19 milyon sərnişinə çatdıracaq.

“Mövcud hava limanının tutumu illik təxminən 4-4.5 milyon sərnişindir. Turizm sektorunda çox müsbət dinamikamız var, ziyarətçilərin yüksək artımı gözlənilir ki, bu da infrastruktur sayəsində asanlaşdırılmalıdır. Bizim iki variantımız var idi – mövcud hava limanını genişləndirmək və ya Vazianidə yenisini tikmək. Tbilisi bir neçə ilə tamamilə yeni, ultramüasir hava limanına sahib olacaq”, – deyə Kobaxidze bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti