...

Gürcüstan ilə Çin viza rejimini ləğv ediblər

Dünya xəbərləri Materials 10 Aprel 2024 23:01 (UTC +04:00)
Gürcüstan ilə Çin viza rejimini ləğv ediblər
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Gürcüstan ilə Çin Xalq Respublikası arasında viza rejimi ləğv olunub.

Trend xəbər verir ki, bununla bağlı Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili və Çinin Gürcüstandakı səfiri Zhou Jiang iki ölkə hökumətləri arasında Gürcüstan vətəndaşlarının Çinə vizasız gediş-gəlişini təmin edəcək “Adi pasport sahibləri üçün viza tələblərindən qarşılıqlı azad edilməsi haqqında” saziş imzalayıblar.

Müqavilə qüvvəyə mindikdən sonra Gürcüstan vətəndaşları Çində 30 gün vizasız qala biləcəklər. Saziş hər iki ölkədə daxili hüquqi prosedurlar başa çatdıqdan sonra qüvvəyə minəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti