...

Blinken Britaniya və Almaniyanın XİN rəhbərləri ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

Dünya xəbərləri Materials 15 Aprel 2024 06:42 (UTC +04:00)
Blinken Britaniya və Almaniyanın XİN rəhbərləri ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-ın Dövlət katibi Antoni Blinken Böyük Britaniya və Almaniyanın xarici işlər nazirləri ilə Yaxın Şərqdə gərginliyin artmasının qarşısının alınmasının vacibliyini müzakirə edib.

Trend-in məlumatına görə, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Sənəddə qeyd edilir ki, telefon danışığı zamanı Blinken Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron və Almaniyanın xarici işlər naziri Annalena Baerbok ilə İranın İsrail ərazisinə endirdiyi zərbəni müzakirə edib. “Onlar bu hücumları qətiyyətlə pisləmək və regionda gərginliyin daha da artmasının qarşısının alınmasının vacibliyi barədə razılığa gəliblər”, - deyə məlumatda bildirilir.

Blinken, həmçinin ABŞ-ın İsraili müdafiə etmək öhdəliyini bir daha təsdiqləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti