...

Yanvar-mart aylarında Türkiyənin İrana avtomobil sənayesi məhsulları ixracı 40 milyon dolları ötüb

Dünya xəbərləri Materials 22 Aprel 2024 16:31 (UTC +04:00)
Yanvar-mart aylarında Türkiyənin İrana avtomobil sənayesi məhsulları ixracı 40 milyon dolları ötüb

Bakı. Trend:

2024-cü ilin yanvar-mart aylarında Türkiyənin İrana avtomobil sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7,1 faiz artaraq, 44 milyon dollara bərabər olub.

Trend-in TurkicWorld-ə istinadən məlumatına görə, bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin mart ayında Türkiyə İrana 15,1 milyon dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 16,6 faiz çoxdur”, – deyə nazirlikdən qeyd edilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar- mart aylarında Türkiyənin avtomobil sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,1 faiz artaraq 9,1 milyard dollara bərabər olub.

Bu ilin mart ayında Türkiyə 3,2 milyard dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 1,8 faiz azdır.

Qeyd olunub ki, son 12 ay ərzində (mart 2023- mart 2024) Türkiyə 35,5 milyard dollar məbləğində avtomobil sanayesi məhsulları ixrac edib.

Xəbər lenti

Xəbər lenti