...

Rusiya müdafiə nazirinin müavini saxlanılıb

Dünya xəbərləri Materials 23 Aprel 2024 23:12 (UTC +04:00)
Rusiya müdafiə nazirinin müavini saxlanılıb

Bakı. Trend:

Rusiya müdafiə nazirinin müavini Timur İvanov rüşvət almaqda şübhəli bilinərək saxlanılıb.

Trend-in məlumatına görə, bu barədə Rusiya İstintaq Komitəsi bildirib.

"Rusiya Federasiyasının müdafiə nazirinin müavini Timur Vladimiroviç İvanov Rusiya Federasiyası Cinayət Məcəlləsinin 290-cı (rüşvət alma) maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli bilinərək saxlanılıb", - deyə bildirilib.

İstintaq Komitəsi digər təfərrüatları açıqlamayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti